Məşhur fotojurnalist Rza Deqati Xankəndi şəhərində çəkiliş edib.
Teleqraf.com xəbər verir ki, fotoları öz sosial şəbəkə hesablarında paylaşan Deqati maraqlı qeyd yazıb.
“Xankəndi və yaxud “Xanın Kəndi”nin əsası 17-ci əsrin sonunda Qarabağ xanlığının və Şuşa şəhərinin banisi olan Pənah Əli Xan Cavanşir tərəfindən qoyulub. Şəhər əsasən Xan və ailəsinin ailəvi olaraq toplandığı məkan kimi istifadə olunub”, - deyə Deqati qeyd edib
Fotoları təqdim edirik: