Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri–Şuşa” kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, kitab 44 günlük müharibənin memarları olan Azərbaycan ordusu və həmin günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib.
Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü, 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb.
Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.
Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapıb.
Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.