15 Noyabr 2021 08:25
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.

Teleqraf.com xəbər verir ki, Aİ rəsmisi bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb.

O, ötən həftə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahat olduğunu bildirib.

"Gərginliyi azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır", - Klaar tviterdəki səhifəsində yazıb.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə növbəti təxribata cəhd göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər