Bu gün Alban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Kəlbəcər rayonundakı "Xudavəng" məbədini ziyarət ediblər.
Teleqraf.com-un məlumatına görə, ictimaiyyət və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə icma üzvləri tərəfindən dini ayinlər icra edilib, soyqırımı qurbanları və şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirlər Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilib.