"Üç il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” qışqıran Paşinyan artıq Qarabağa ayaq basa bilməz".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Artak Zaxaryan deyib.
“Üç il əvvəl bir “beyinsiz dəli” qışqırdı: “Qarabağ Ermənistandır və nöqtə. Onda Xankəndidə hamı sevinmişdi, eyforiya zirvəyə çatmışdı. Bu gün isə süfrəmizin ətrafında sükut hökm sürür. Emosional cəhalətin hansı təhlükələrlə dolu olduğunu xalqımız bilməliydi”, - sabiq nazir bildirib.
Zaxaryan “xəyanətkar” adlandırdığı Paşinyanın bu açıqlamasından bir il sonra Qarabağda müharibənin başladığını xatırladıb:
“Bu müharibənin nəticəsi də budur ki, kapitulyator (Paşinyan) artıq Qarabağa gedə bilməz. O, tezliklə Ermənistanda da yaşaya bilməyəcək”.