Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir İmamverdiyev Asiman və əsgər Erkin Hüseynov Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Teleqraf.com-un məlumatına görə, Gəncənin Şəhidlər Xiyabanında Silahlı Qüvvələrimizin giziri Asiman İmamverdiyev və əsgər Erkin Hüseynovla vida mərasimi keçirilir.
Vida mərasimində şəhər ictimaiyyəti, Müdafiə Nazirliyi və digər qurumların rəsmiləri, qazilər, şəhid ailələri iştirak edir.