15 Sentyabr 19:30
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hər iki tərəfi təmkin göstərməyə, fikir ayrılıqlarını siyasi-diplomatik yollarla həll etməyə və situasiyanın daha da gərginləşməsindən yayınmaq üçün vacib addımlar atmağa çağırırıq.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Geng Shuang Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş gərginliyə həsr olunmuş iclasında bildirib.

O, hər iki ölkənin atəşkəsə əməl edəcəyinə inandığını qeyd edib: “Azərbaycan və Ermənistan may ayında delimitasiya və demarkasiya üçün komissiyalar yaradıb və bu yaxınlarda liderlər səviyyəsində görüş baş tutub. Biz ümid edirik ki, sərhəd məsələləri ilə bağlı tərəflər müsbət istiqamətdə işləməyə davam edəcək.

Biz ümid edirik ki, tərəflər tez bir zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun əsas həll tapacaqlar. Çin 2020-ci il noyabrında üçtərəfli bəyanatı alqışlamışdı. Biz Rusiyanın Azərbaycan və Ermənistan arasında vəziyyətin stabilləşməsi və regionda sabitlik üçün səylərini təqdir edirik. Biz inanırıq ki, bütün məsələlər siyasi yolla həll oluna bilər və bu istiqamətdə beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq. Azərbaycanla Ermənistan ayrılmaz qonşudur və onların münasibətlərinin normallaşması regiona müsbət töhfə verəcək, vəziyyəti sabitləşdirəcək”.


Müəllif: Teleqraf.com