22 Sentyabr 2022 17:37
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

14:05

“Brüsselin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətindəki səylərinin nəticə verəcəyi inandırıcı görünmür. Ermənistanın prosesi pozması fonunda belə səylər yetərli olmaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan aşkar formada yekun sülh müqaviləsinə imza atmaq istəmədiyini nümayiş etdirir:

“Sülh prosesini pozan amillərdən biri də budur ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan etnik ermənilərə “status”un verilməsi məsələsini gündəmdə saxlamağa çalışır. Paşinyan son iki ildə Azərbaycanla apardığı danışıqları manipulyasiya edib. Konkret anlaşmalara baxmayaraq, ortada müsbət nəticələrin olmaması da bunu deməyə əsas verir.

Rusiya və Ermənistandakı terrorçu-revanşist qüvvələr, elə erməni cəmiyyətinin özü Azərbaycanla sülh müqaviləsi imzaladığına görə Paşinyanı cəzalandıra bilər. Buna görə də Paşinyan sülh müqviləsinin imzalanmasını gecikdirmək üçün danışıqlarda əlavə şərtlər irəli sürür. Belə bir fonda Paşinyanla real sülh danışıqları mümkün görünmür. Təbii ki, Ermənistanın sülh danışıqlarından yayınması, üstəgəl, Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirməsi gərginliyi bir qədər də artıra bilər.

Görünən budur ki, Ermənistanı danışıqlarla yox, yalnız güc yolu ilə sülhə məcbur etmək olar. Şəxsən mən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını konstitusiyasında rəsmiləşdirmiş belə bir ölkənin sülh müqviləsinə gedəcəyinə inanmıram.

Regionda geosiyasi şərtlər dəyişir, Ermənistanın yeni reallıqlarla barışmaq istəmir. Bu baxımdan, Ermənistanın pozucu fəaliyyətlərinin bölgədə hərarəti qaldıracağını düşünürəm”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycana qarşı təxribatlarını davam etdirən Ermənistanla aparılacaq danışıqlar səmərə verməyəcək:

“Əgər Ermənistan təxribatçı fəaliyyətlərini davam etdirəcəksə, Azərbaycan ordusunun növbəti antiterror əməliyyatları qaçılmaz olacaq. Belə əməliyyatlar təxribatların tez-tez baş verdiyi sərhəd zonaları da daxil olmaqla, hələ də qanunsuz, separatçı birləşmələrin qaldığı Qarabağın dağlıq hissəsini də əhatə edə bilər. Hesab edirəm ki, Ermənistan yalnız təzyiq altında Zəngəzur dəhlizinin açılmasına razı olacaq. İrəvan bundan sonra sülh müqaviləsinə imza atamağa da tələsə bilər.

Qarabağdakı separtaçıların taleyinə gəldikdə, Rusiya sülhməramlıları üç ildən sonra ərazilərdən çıxacaq və Azərbaycan ordusu Xankəndiyə nəzarəti də bərpa edəcək.

Qənaətimə görə, Prezident Əliyevin üç strateji planı var. Birincisi, qlobal Zəngəzur dəhlizi layihəsini reallaşdırmaq; ikincisi, Xankəndi və ətrafında separatizmə son qoymaq; üçüncüsü isə Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi. Bu prosesin yekununda isə sülh müqaviləsinin imzalanması. Bu istiqamətlərdə irəliləyişin olacağına inanıram. Geosiyasi şərtlər və yeni nizam Azərbaycanın lehinə formalaşır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər