"Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazır deyil. Onlar Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa da hazır deyillər".
Teleqraf.com xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Moskva, Brüssel və Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təkliflərinin olub-olmaması sualına cavab verərkən deyib.
“Hər kəsin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və həqiqəti deməliyəm. O zaman bunları qeyd etməliyəm, bunu daha əvvəl, hətta müharibədən əvvəl etməliydim. Adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər. Və bu bəyanatlar açıq şəkildə dəfələrlə səslənib. Bu, təzə xəbər deyil".