5 Oktyabr 2022 16:09
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 40 min hektar minalarla çirklənmiş ərazini təmizləməyi planlaşdırır ki, bunun da 8 min hektarı yaşayış sahələrinin tikintisi üçün nəzərdə tutulub”.

Teleqraf.com xəbər verir ki, bunu ANAMA sədrinin müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhər Forumunda deyib.

Onun sözlərinə görə, bir ildə minalardan təmizləmə sürətinin 65 min hektara çatdırılması nəzərdə tutulur.

S.Poladov məlumat verib ki, hazırda 390 709 tank və piyada əleyhinə mina və partlamamış hərbi sursatla bağlı məlumat var, lakin bu göstərici də tam dəqiq deyil: “Ağdam minalarla assosiasiya olunan “ruhlar şəhərinə” çevrilib. Məlumdur ki, erməni silahlı birləşmələri buradan çıxan zaman bu əraziləri yenidən minalayıb”.

O əlavə edib ki, Ermənistan beynəlxalq təzyiq nəticəsində minaların yeri ilə bağlı bəzi məlumatlar verib: “Lakin bunlara xəritə belə demək olmaz. Bu məlumatların yalnız 25 %-i dəqiqdir”.

ANAMA sədrinin müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərin 148 min hektar ərazisi xüsusilə təhlükəli hesab olunur, çünki məhz burada ən çox mina və digər partlayıcı maddələr mövcuddur: “Minaların ən dəhşətli nəticəsi insanların həyatına son qoymasıdır. Bundan başqa, minalar ərazilərin bərpası prosesini ləngidir. Bu günə kimi cəmi 55 min hektar minalardan təmizlənib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər