“Müharibənin nəticələri bizim üçün çox ağır oldu. Vəziyyət mürəkkəbləşib, çünki Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı öz xidmətlərini göstərməyə çalışan beynəlxalq oyunçular Qarabağ probleminə əhəmiyyət vermirlər. Onlar əlverişli tövsiyələr vermirlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xankəndinin separatçı guruhunun başçısı Araik Arutunyan bildirib.
Separatçıların rəhbəri daha sonra sayıqlamalarını davam etdirib və deyib ki, “Artsaxı hər hansı başqa statusda təsəvvür etmir”.
A.Arutunyan 44 günlük müharibənin yekunlarının onlar üçün çox ağır nəticələr verdiyini etiraf edib: "Artıq Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı deyil. Rusiyanın zəmanəti olmadan Qarabağın gələcəyi şübhəli görünür".
A.Arutyunyan Xankəndidə əmin-əmanlığın qalması üçün Azərbaycanın dövlət nümayəndələrilə görüşü vacib hesab edir: "Bakı ilə vacib məsələləri müzakirə etməliyik".