23 Noyabr 2022 17:33
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Qarabağın dağlıq hissəsindəki erməni separatçılarının Azərbaycan ordusunun bölmələrinə qarşı artan təxribatlarına diqqət çəkib:

“Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar. Bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı uzadılsın.

Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli, Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var.

Bizim Kremlin “məntiq”inə qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. Üç ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu