“Ümid edirik ki, sərhədlərin delimitasiyası və humanitar məsələlərlə bağlı qərarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan yaradacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda deyib.
O həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə edib.