Dünən səhər saatlarından etibarən azərbaycanlıların keçirdikləri aksiya səbəbindən Xankəndi-Gorus yolu (Laçın yolu) bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya sülhməramlılarının komandiri, general Andrey Volkov separatçı rejimin nümayəndələrinin azərbaycanlılarla danışıqlar aparmaq istəyini kəskin şəkildə rədd edib.
Məlumatda deyilir ki, yol bağlanandan sonra Xankəndidən Ermənistana getmək istəyənlərə, o cümlədən separatçı rejimin “deputat”larının aksiya keçirilən məkana yaxınlaşmağa icazə verilməyib.
“Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildirirlər ki, problemin həlli siyasi qərar tələb edir və azərbaycanlıları zorla oradan çıxarmaq fikrində deyillər”, - qəzet yazır.