30 Dekabr 2022 09:12
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on doqquz gündür davam edir.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecəboyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə də heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər