23 Fevral 2023 16:43
2 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan və komandası uzun müddətdir ki, sülh sazişinin hazırlanması ilə məşğuldur. Bu, yeni xəbər deyil”.

Teleqraf.com xəbər verir ki, bunu separatçı rejimin “deputat”ı Akop Akopyan deyib.

Onun iddiasına görə, hazırlanan sülh müqaviləsinin mətni mediaya sızdırılıb.

Akopyan onu da iddia edir ki, Paşinyan gizlətməyə çalışsa da, yaxın gələcəkdə Azərbaycanla bu sənədə imza atacaq: “İndi sızan mətn təxminən 7 ay əvvəl mətbuata ötürülmüş “Blinkenin variantı”nın təkrarıdır. Artıq sirr deyil ki, Paşinyan belə bir sülh müqaviləsi əsasında razılıq verib”.

Akopyan bildirib ki, sülh müqaviləsində “artsax” sayıqlaması, “Dağlıq Qarabağ problemi”, “ermənilərin öz müqəddəratını təyin etməsi” məsələləri yer almır:

“Paşinyan hökuməti dəfələrlə bəyan edib ki, onlar üçün prioritet Qarabağ ermənilərinin hüquqlarıdır. Hətta onlar indi “Qarabağda yaşayan ermənilər” ifadəsini işlədirlər. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti Qarabağın tamamilə Azərbaycana təhvil verilməsi yolu ilə irəliləyir. Digər məsələ budur ki, bu gün Ermənistanda bu prosesi dayandıracaq qüvvə yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər