24 Fevral 2023 14:46
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan sülh danışıqları Qərb ssenarisi üzrə gedir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Abovyan deyib.

“ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan liderlərini yaxın bir neçə gün ərzində Brüsseldə görüşə dəvət edib. Görünən budur ki, amerikalılar daha çox Avropanın təşəbbüsünü dəstəkləyirlər. Hesab etmək olar ki, Münxendə Ermənistan-Azərbaycan danışıqları ilə bağlı hansısa razılaşma əldə olunub”, - deputat bildirib.

Abovyan Qərbin iki ölkə arasındakı vasitəçilikdə təşəbbüsü ələ aldığını söyləyib.

Siyasətçi sülh danışıqların Qərb ssenarisi üzrə getdiyini bildirib. Abovyanın iddiasına görə bu ssenari Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyinin tam bərpasını ehtiva edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər