18 Mart 2023 17:59
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda ekskavator minaya düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com