Ermənistan Zəngəzur dəhlizinin açılmasına icazə versə, İranın Avropaya açılan yeganə qapısı bağlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Qafqaz məsələləri üzrə iranlı ekspert Məhəmməd İsmayıl Əlixani bildirib.
Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin yaradılmasını böyük faciə kimi şərh edən ekspert bildirib ki, guya yol açılarsa, İrəvanın cənubla əlaqəsi itəcək.
"Ermənilər İrana getmək üçün Bakıdan icazə almalı olacaqlar. Ermənistan Azərbaycana cənubda, İranla sərhəddə ərazi versə, İranın qonşusu olmaqdan çıxacaq. İran Ermənistanla ən qısa ümumi sərhədə malikdir (38 km). Bu, İran və Avropa arasında əlaqə qapılarından biridir və böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətdə Zəngzur dəhlizi yaradılarsa, Ermənistan cənubla əlaqəsini itirəcək və ermənilərin İrana getmək üçün Azərbaycanın razılığı və icazəsi olmalıdır”, deyə Məhəmməd İsmayıl bildirib.
İranlı ekspertin Zəngəzur dəhlizi ilə bağlı təhrifedici və reallıqdan uzaq şərhi Tehranın sülh prosesinə müdaxiləsini kimi qiymətləndirilə bilər.