22 İyun 2023 12:21
3 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində (Xankəndi və ətrafında) əməliyyat keçirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-mayor Tiran Xaçaturyan deyib.

General Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan 2020-ci il noyabrın 8-də şəhərə tam nəzarəti bərpa edib.

“Şuşaya nəzarəti ayın 8-də itirdik. Amma həmin gün Şuşada bölmələrimiz vardı”, - o bildirib.

Xaçaturyan işğalçı erməni qüvvələrinin son tör-töküntülərinin də həmin gün təmizləndiyini söyləyib.

General bundan sonra erməni qüvvələrinin Şuşanı yenidən işğala etməyə cəhd göstərdiklərini qeyd edib: “Ayın 8-də Şuşa istiqamətində əməliyyat keçirdik, amma uğursuz alındı”.

Rusiyanın 44 günlük müharibədə Ermənistan və separatçılara lazımi dəstək vermədiyini deyən Baş nazir Nikol Paşinyana cavab verən Xaçaturyan əlavə edib: “Qətiyyətlə deyə bilərəm ki, Rusiya tərəfi mümkün olan çərçivədə dəstək verməyə hazır idi”.

Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsini bağladığını söyləyən erməni general bu yöndə növbəti addımların olacağını iddia edib. Onun iddiasına görə, növbəti addım Xankəndidəki separatçı rejimi bitirmək olacaq.

“Bu, (keçid məntəqəsinin bağlanması) növbəti addımlara zəmin yaratmağa hazırlıqdır. Bunu açıq şəkildə görmək olar”.

Xaçaturyan Azərbaycan ordusunun hərəkətə keçəcəyinə inandığını vurğulayıb:

“Nə edəcəklərini deyə bilmərəm, amma hərbi əməliyyatlar (Xankəndi və ətrafında) aparacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər