22 İyun 2023 13:18
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Cənubi Qafqazdan çıxacaq, yeni regional güc mərkəzi Türkiyə olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

Ekspert Ermənistanla Azərbaycan arasında yeni qarşıdurmanın olacağına inanmadığını bildirib. Onun sözlərinə görə, hazırda baş verənlər Xankəndi və ətrafının Azərbaycana tam təhvil verilməsi prosesinin tərkib hissəsidir. Şahnazaryan Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının bu yöndə atılmış ilk addımlardan biri hesab edir.

Politoloq istisna etmir ki, rəsmi Bakı və İrəvan arasında Qarabağla və sərhədlə bağlı yekun anlaşma var.

“Bu, Paşinyanın qarşısına qoyulan və onun həll etməyə başladığı məsələdir. Azərbaycan və Türkiyənin maraqları baxımından çox səmərəli işləyir”, - Şahnazaryan əlavə edib.

Ekspert Qərbin bölgə ilə bağlı maraqlarına da toxunub:

“Qərbin mövqeyi açıq və sadədir: Qarabağ münaqişəsi olmasa, Qarabağda Rusiya sülhməramlıları yoxdur, Ermənistan-Türkiyə konflikti olmasa, rus hərbi bazasını regiondan (Ermənistandan) tamamilə çıxarmaq üçün zəmin hazırlaya bilərlər. Bu, təkcə Qərbin deyil, həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin marağıdır”.

Şahnazaryanın iddiasına görə, daha böyük çərçivədə Qarabağın dağlıq hissəsinin tam şəkildə Azərbaycana təhvil verilməsi və bunun rəsmi sənəd üzərində Ermənistan tərəfindən tanınması razılaşdırılıb.

“Azərbaycanın bu məsələdə mövqeyi açıqdır: heç bir güzəşti nəzərdə tutmur”, - politoloq vurğulayıb.

Onun fikrincə, Qərb Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün hərəkətə keçib. Şahnazaryan bura Ermənistanın bu iki ölkəyə qarşı ərazi və digər iddialarından vaz keçməsinə məcbur edilməsinin də daxil olduğunu söyləyib.

Ekspert Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasından sonra yeni regional güc mərkəzinin Türkiyə olacağı iddiasını da sözlərinə əlavə edib:

“Türkiyə üçün erməni məsələsini sıradan çıxarmağa, ümumiyyətlə, tarixin o səhifələrini bağlı hesab etməyə çalışırlar. Bunun ardınca Türkiyənin uzunmüddətli siyasəti gəlir, onun əsas məqsədi formalaşmaqda olan yeni dünya nizamında regional güc mərkəzi olmaqdır. Onlar bu problemləri həll etməyə çalışırlar və qalan hər şey, məsələn, Rusiya sülhməramlılarının çıxarılması, Qarabağın (dağlıq hissəsinin) təhvil verilməsi strateji problemlərin həllinə yönəlmiş taktiki məsələlərdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər