“Qərb, Rusiya və İran öz siyasətlərini Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq razılığı çərçivəsində qurur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.
“ABŞ-ın Ermənistandakı səfiri Kristina Quin bildirir ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir. Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında Vaşinqton danışıqlarının müsbət dinamikasından həyəcanlanır. Amerikalılarla yanaşı, ruslar, avropalılar və iranlılar da öz siyasətlərini ancaq Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq razılığı çərçivəsində qururlar”, - sabiq deputat bildirib.
Abovyan Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımağa hazır olduğunu söyləyib. O, buna misal kimi Ermənistan hakim partiyasının deputatı Mariya Karapetyanın son açıqlamasını göstərib.