"Ərdoğanın Qarabağ məsələsində Rusiyaya təzyiq cəhdləri göz qabağındadır. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasında tək Ərdoğan maraqlı deyil. Azərbaycan və Ermənistanın hazırkı rəhbərliyi də bunu istəyirlər".
Teleqraf.com xəbər verir ki, bunu "News.am" a müsahibəsində rusiyalı tarixçi Modest Kolerov deyib.
O hesab edir ki, Paşinyanın pasifizm tempi Rusiya sülhməramlılarının mövcudluğunu lüzumsuz edir: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ehtimalı çox yüksəkdir və bu, ermənilər üçün fəlakətdir. Ola bilər ki, müəyyən keçid dövrü yaradılsın, lakin bu, Qarabağın erməni əhalisinin dərhal təxliyyəsi demək olacaq”.
Kolerov əmindir ki, Türkiyənin hazırkı mövqeyi Azərbaycanla razılaşdırılıb.
“Paşinyanın irəli sürdüyü Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı qətnamə artıq elan olunub, yeni heç nə olmayacaq. Biz güman edə bilməzdik ki, Ukrayna uğrunda müharibə başlayanda Ermənistanın siyasi qüvvəsi qalmayacaq. Azərbaycan Ukraynadakı hərbi əməliyyatlarda birbaşa Rusiyaya qarşıdır. Hazırda çox yaxşı siyasi vəziyyətdə olan İlham Əliyev Rusiyanı zəifləməsi fürsətindən növbəti dəfə yararlanacaq”, - Kolerov yekunlaşdırıb.