“Araik Arutyunyanın son müsahibəsi Qarabağ ermənilərində ümidsizlik yaradıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Bir həftədən çox idi ki, Arutyunyanın sürpriz bəyanat verəcəyi söylənilirdi, bunun ətrafında Qarabağda (separatçılar arasında) müəyyən gözləntilər formalaşırdı. İnsanlar inanmışdılar ki, Arutyunyan həm vəziyyətin əsl səbəbləri, həm də atılacaq addımlar barədə açıq danışacaq. “Öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi uğrunda mübarizə”nin kifayət etmədiyini daim təkrarlamaq - Paşinyan rejimi bu prinsipi 2021-ci il seçkiləri üçün seçkiqabağı proqramına daxil etmişdi, amma az sonra bundan geri çəkildiyini açıqladı və Qarabağın təhvil verilməsindən danışmağa başladı. Bunun üzərində çox dayanmayacam, Arutyunyan “Vətəndaş Müqaviləsi”nin fəal ziyarətçilərindən və dəstəkçilərindən biri oldu. Partiyanın qərargahındakı məşhur fotosu buna sübutdur”, - deputat bildirib.
Abramyanın sözlərinə görə, Arutyunyanın müsahibəsi separatçılar arasında böyük psixoloji problemlər yaradıb: “Çünki onun çıxışında hərəkət istiqamətləri və insanların gələcəyi ilə bağlı heç nə yox idi”.