“BMT Təhlükəsizlik Şurasından heç kim “Qarabağın statusu” sözünü dilinə gətirmədi”.
Teleqraf.com xəbər verir ki, bunu “Rusiya Erməniləri İttifaqı”nın prezidenti Ara Abramyan deyib.
“BMT Təhlükəsizlik Şurasının toplantısına bir neçə dəfə diqqətlə baxdım, heç kim “Qarabağın statusu”ndan danışmadı. Heç kim onların orada necə yaşayacaqlarına dair heç bir nümunə göstərmədi”, - Abramyan bildirib.
Ermənilərin Qarabağ iqtisadi rayonunda necə yaşayacaqlarını artıq rəsmi Bakı bəyan edib: Azərbaycan vətəndaşlığını qəbul edənlər qalacaq, etmək istəməyənlər üçün qapı açıqdır.