29 Avqust 2023 12:53
8 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Kanada xarici işlər naziri Melani Coli ilə Qarabağ məsələsini müzakirə edib.

Teleqraf.com-un xəbərinə görə, kanadalı nazir bu barədə X (keçmiş Tvitter) səhifəsində məlumat verib.

O bildirib, görüş zamanı ayrı-ayrı bölgələrdəki məsələlərə toxunulub:

“Biz Balkanda genişlənməyə dair baxışları, Qarabağ münaqişəsini və Haiti böhranının həlli istiqamətində növbəti addımları müzakirə etdik”.

Kanadanın baş diplomatı danışıqların tərəfdaşlıq işinin açarı olduğunu vurğulayıb.

Görüş Bled Strateji Forumu çərçivəsində baş tutub. Forum 28-29 avqust tarixlərində Sloveniyada keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər