“Xankəndi və ətrafında təhlükəsizliyi təmin etmək üçün dərhal hərəkətə keçməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn deyib.
“Qondarma qurumun başçısı və “dövlət naziri”nin “istefa”ları vəziyyəti mahiyyətcə dəyişməsə də, bölgədə 10 min civarında olan silahlı terrorçuların mövcudluğu nəzərə alınarsa, prosesin nəzarətdan çıxması təhlükəsini dərinləşdirə bilər. Bu, dinc əhalinin həyatı üçün ölümcül təhdid yaradır. Dərhal qeyri-qanuni birləşmələrin tərksilah edilməsi və təslim olmaları üçün ultimatum verilməlidir. Azərbaycan Silahlı Qüvvələri Xankəndi də daxil olmaqla, bu ərazilərimizdə təhlükəsizliyini təmin olunması üçün hərəkətə keçərək, sahəni nəzarətə götürməlidir”, - sabiq baş nazir bildirib.