Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib: "Əməliyyat ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan az davam edib. Tədbirlər Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki legitim hərbi hədəflərinə qarşı olub".