3 Oktyabr 2023 09:36
4 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni millətçilərinin Qarabağla bağlı yalanlarının miqyası insanı heyrətləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Qarabağ münaqişəsinin tarixini nə qədər diqqətlə, ətraflı və hərtərəfli öyrənirsinizsə, erməni millətçilərinin yalanının miqyasına bir o qədər heyrətlənirsiniz. Dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsini aldatmaq, nə qədər pul və səy tələb etdi. Amma həqiqət yenə də sonda qalib gəldi.

2020-ci il sentyabrın 27-dən 2023-cü ilin oktyabrına qədər baş verənlərin dərin simvolik mənası var: Qorbaçov üzərindən manipulyasiya edərək, “millətçiliyin cinini şüşədən çıxarmaqla” 35 il əvvəl SSRİ-nin dağılması prosesinə başlayan o qara qüvvələr bu gün Azərbaycanın tərəfində olan tarixi ədalətə uduzaraq, keçmiş Ermənistan SSR daxilindəki ilkin vəziyyətlərinə geri dönüblər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər