3 Oktyabr 2023 12:09
8 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların keçmiş başçısı Araik Arutyunyan vəziyyəti əvvəldən bildiyi üçün “post”undan uzaqlaşıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artsvik Minasyan deyib.

Onun iddiasına görə, separatçı Ermənistan Baş naziri Nikol Paşinyanla məsləhətləşdikdən sonra bu addımı atıb.

“Sizin Araik Arutyunyan neçə dəfə qaçmağa cəhd edib, “hakimiyyət”dən də Nikolla əməkdaşlıq edərək gedib. O, cəhd etdi və getdi”, - Minasyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər