4 Noyabr 2023 21:59
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur. Təəssüf ki, Azərbaycanın bu barədə son təşəbbüslərinə Ermənistan tərəfindən hələ də cavab verilməyib. Ermənistan tərəfinin cavabı gözlənilir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan son üç ildə məsələnin dialoq yolu ilə həllini tapması üçün mümkün addımları atıb: "Törədilən təxribatların qarşısını almaq mümkün olmadıqda Azərbaycan bütün beynəlxalq hüququ, humanitar hüququ gözləyərək qısamüddətli antiterror tədbirləri həyata keçirib. Bunu BMT-nin bölgəyə səfər etmiş missiyası da təsdiqləyib. Bunu həmin vaxt Ermənistanın baş naziri də təsdiqlədi. Paşinyan sonradan bunu inkar etdi və ziddiyyətli açıqlamalar verdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər