6 Noyabr 2023 10:07
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 ölkədən olan beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri üçüncü gündür ki, davam edir.

Teleqraf.com xəbər verir ki, heyət Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Qonaqlara körpünün tarixi və Böyük İpək Yolunun mühüm rolu barədə məlumat verilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər