11 Mart 2017 08:18
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” şirkətinin virtual reallıq (VR) texnologiyasına olan marağı hamıya bəllidir və hətta VR şlemlərin istehsalı ilə məşğul olan “Oculus” şirkətini satın alıb.

Bu yaxın günlərdə “Facebook” tərəfindən istifadəyə verilmiş xidmətdə sözügedən sosial şəbəkədəki dostlarınızın 360 dərəcə formatında şəkil və videoları, həmçinin müxtəlif media şirkətlərin və istifadəçilərin məzmunu bir arada toplanılıb. Siz baxdığınız çarx və şəkillərə reaksiya verə, həmçinin “Facebook” üzərindən başqa insanlarla öz məzmununuzu paylaşa bilərsiniz.

Teleqraf.com “ICTnews”a istinadən yazır ki, “Facebook”un sözügedən xidməti ilk deyil: “Samsung Gear VR” üçün 360 dərəcə formatında videolar üçün proqrama “Facebook” üzərindən avtorizasiya imkanı və əks əlaqə funksiyası əlavə edilmişdi. Yeri gəlmişkən, “Gear VR” qarnituru “Oculus” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Bu səbəbdən yeni xidmətin bu platformada istifadəyə verilməsində təəccüblü heç nə yoxdur.

“Facebook” yaxın gələcəkdə bu xidmətə daha çox funksiya və imkanlar əlavə edəcəyinə dair söz verib.


Müəllif:

Oxşar xəbərlər