"Folksvagen Qrup Rus" şirkəti Rusiyada istehsal olunmuş 43 mindən çox "Skoda" markalı avtomobili geri çağırıb.
Teleqraf.com-un məlumatına görə, geri çağırılan avtomobillər 2012-2016-cı illərdə istehsal olunan modellərdir.
Bu addıma səbəb avtomobillərin hidrosistemində yüksək təzyiqlə əlaqədar akkumulyatorun mümkün zədələnməsi göstərilib.
Geri çağırılmış avtomobillərdə ötürmələr qutusunun proqram təminatının yenilənəcəyi bildirilib.
Avtomobil sahibləri üçün təmir işləri ödənişsiz şəkildə həyata keçiriləcək.