QOÇ - Əgər öz güc və potensialınıza inanırsınızsa, boş dayanmayın. Məqsədinizə gedən yolda dayanmadan irəliləyin. Əmin olun ki, bu istiqamətdə etibarlı dostlarınızdan dəstək alacaqsınız.
BUĞA - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə qeyri-adi hansısa addımı atmayıb adi işlərlə məşğul olasınız. Onsuz da əvvəlcədən planlaşdırdığınız işlər bu gün reallaşmayacaq.
ƏKİZLƏR - Tanrı ixtiyarınıza elə bir gün verib ki, xeyli məmnun qalacaqsınız. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə xoş ovqat qazanacaqsınız. Bədxərclik etməyin.
XƏRÇƏNG - Ulduzlar şəxsi büdcəni artırmaq üçün uğurlar vəd etsə də, qərəzli sövdələşmələrə zəmin yaradacağınızdan narahatdır. İndi sizə reallığı nəzərə almaq ən vacib məsələdir.
ŞİR - Qarşınızda duran bu təqvim həyatınızda mövcud olan kompleks problemlərin həll olunmasına xidmət edəcək. Amma ilk növbədə tərəfdaşlarınızla sivil qaydada davranmalısınız.
QIZ - Rastlaşdığınız situasiyaların mürəkkəbliyi qərar çıxarmağınıza mane ola bilər. Odur ki, hər bir qərarı verərkən reallığı nəzərə alın. Bunu bacarsanız, hər şeydən razı qalacaqsınız.
TƏRƏZİ - Ümumi orqanizminizdə aktivliyin azalması gözlənilir. Bu səbəbdən sağlamlığınızı qoruyun ki, günün uğurlarını özünüzə yaxınlaşdıra biləsiniz. Yeni təkliflərə razılıq verin.
ƏQRƏB - Yaxşı olar ki, günün ilk yarısında neytrallığınızı qoruyasınız. Ələlxüsus da qarşılıqlı münasibətlərdə təmkinli olmalısınız. Nahardan sonra iş prinsipində uğurlarınız başlamalıdır.
OXATAN - Ulduzlar daha çox romantik duyğulara qərq olmağınızı tövsiyə edir. Çünki ətrafınızda bədxah adamların olması hələ dünyamızın pis olmasına dəlalət etmir. Tanrıya sığının.
OĞLAQ - Beyninizdə ilişib qalan arzularınızı tədricən reallaşdırmağa başlayacaqsınız. Bu istiqamətdə nüfuzlu və təcrübəli insanların köməyindən yararlanın. Büdcənizdə artım gözlənilir.
SUTÖKƏN - Çoxdan görmədiyiniz doğma və yaxınlarınızla görüşmək üçün bu təqvimdən yararlanmağa çalışın. Onsuz da təbiətin durumu fəaliyyətdə hər hansı yeniliyə çatmağa imkan verməyəcək.
BALIQLAR - Mistik deyimlərə əhəmiyyət verməkdənsə, Allahın adını uca tutub hərəkət edin. Əgər özünüzə əminsinizsə, bu təqvimdə böyük işlər görə biləcəksiniz. Duyğularınızı məhəbbətə həsr edin.