22 Sentyabr 2015 17:46
3 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Fidel Lopez adlı oğlan sevgilisi ilə cinsi əlaqə olan zaman qadın başqa kişinin adını deyib. Bundan əsəbləşən Fidel dəhşətli qətl törədib.

Polis əsəbləşən oğlanın şkafın qapısını qırdığını, yumruq vuraraq divarı deşidiyni bildirib. Sakitləşə bilməyən oğlan yataqda uzanan 31 yaşlı Mariya Nemeti döyməyə başlayıb. O, evdəki əşyalarla vuraraq qadının əlini və ayağını sındırıb. Daha sonra isə qadının bağırsaqlarını çıxarıb.

Fidel gecə saat 3-də polisə zəng edib. Hadisə yerinə gələn təcili yarım əməkdaşları Fideli vanna otağında qan içində olan qadın cəsədinin yanında ağlayarkən tapıblar.

Polisə ifadəsində Fidel Lopez sevgilisi ilə cinsi əlaqədə olan zaman Mariyanın keçmiş ərinin adını çəkdiyini deyib. Bundan əsəbləşərək qətli törətdiyni etiraf edib.

Hazırda ciyanət işi ilə bağlı məhkəmə davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər