21 May 2017 14:29
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq prezidenti Abdulla Gül bu gün Ankarada start götürən Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayında iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, sabiq prezident Abdulla Gül hakim partiyanın qurultayına xüsusi dəvət edilən qonaqlar sırasındadır.

Lakin bəlli olub ki, Gül qurultaya qatılmayıb. Buna səbəb isə Abdulla Gülün prezident səlahiyyətini başa vurduqdan sonra siyasi xarakterli tədbirlərə qatılmamaq haqda qərar qəbul etməsidir.

Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının hazırda davam edən qurultayında Prezident Ərdoğanın 998 gündən sonra yenidən partiya sədri seçiləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər