1 İyun 2017 20:52
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və bunun regionda təhlükəsizliyə təsiri” mövzusunda Bakıda geniş ictimai forum keçirəcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun Teleqraf.com-a verdiyi məlumata görə, forumun əsas məqsədi Azərbaycan torpaqlarının işğal edilməsi faktının regionda təhlükəsizliyə təhdid və böhran yaratmasının beynəlxalq qurumlara çatdırılmasıdır: “Əsas məqsədimiz beynəlxalq təşkilatların Ermənistana sərt mövqe nümayiş etdirməsinə nail olmaq, Ermənistanın, eləcə də, Dağlıq Qarabağdakı terrorçu qrupun işğalçılıq siyasətinə, qeyri-qanuni fəaliyyətinə qarşı təsirli addımların atılması və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin işləməsi üçün beynəlxalq ictimaiyyətin səfərbər olunmasıdır”.

R.Qonaqov daha sonra bildirib ki, beynəlxalq təşkilatların və səfirliklərin, o cümlədən yerli və xarici medianın iştirakı ilə keçiriləcək ictimai forumun ayrı-ayrı panellərində Dağlıq Qarabağ probleminin regional və qlobal təhlükəsizliyə təsiri öyrəniləcək. Müzakirələrdə yerli və beynəlxalq ekspertlər çıxış edəcəklər.

İctimai forumun QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə iyunun 22-də keçirilməsi nəzərdə tutulur.


Müəllif: Səxavət