İstanbulda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Dövlət katibi Reks Tillersonla görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.
Qeyd edək ki, İlham Əliyev dünən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
***
Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.