14 İyul 2017 11:57
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi KTMT ilə bağlı deyil və beynəlxalq hüquq normalarına uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir.

Teleqraf.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu fikirləri Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

“Qazaxıstanın mövqeyi bundan ibarətdir ki, biz Dağlıq Qarabağ problemini mötərizədən kənara çıxarırıq və heç cür KTMT ilə bağlamırıq. Bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll etmək lazımdır”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanın mövqeyi çoxdan məlumdur, ölkəsi məsələnin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər