18 İyul 2017 16:40
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın İngiltərəyə gözlənilən səfəri ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Trampın ayaqları altına qırmızı xalı sərilməyəcəyini bildirib.

CNN telekanalına danışan Xan Trampın siyasətinin bir sıra ölkələr tərəfindən qəbul edilmədiyini bildirib.

Qeyd edək ki, Böyük Britaniya Baş naziri Tereza Mey Trampı ölkəsinə səfərə dəvət etmişdi. Ancaq ABŞ prezidenti səfərdən imtina edib.


Müəllif: Samir

Oxşar xəbərlər