6 Sentyabr 2017 09:42
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü üçün paytaxtımıza gələn nazirlər Mövlud Çavuşoğlu və Mixail Canelidze Tvitter mikrobloqunda səfər təəssüratlarını bölüşüblər.

Teleqraf.com xəbər verir ki, hər iki nazir dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən çəkilmiş fotoşəkil paylaşaraq ikitərəfli müzakirələrin səmərəli keçdiyini qeyd ediblər.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan prezidenti tərəfindən qəbulda ikitərəfli və regional əməkdaşlıq ətrafında müzakirələr aparıldığını qeyd edib.

Gürcüstan Xarici İşlər naziri Mixail Canelidze isə “Gürcüstanın böyük dostu İlham Əliyevə isti qarşılanmaya görə təşəkkür edirəm. Strateji tərəfdaşlıqla yanaşı, biz sadiq dost və qonşuyuq”, - deyə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər