Xarici İşlər naziri Elmar Məmmədyarov Vanuatu Respublikasının Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilib.
Görüş zamanı Azərbaycanla və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.