23 Sentyabr 2017 14:53
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın Xarici İşlər naziri Didye Reynders və Malayziyanın Xarici İşlər naziri Dato Sri Anifah Amanla ikitərəfli görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub.

Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşlərdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər