2 Noyabr 2017 14:30
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

İclasa sədrlik edən Azadlıq Partiyasının sədri Əhməd Orucun verdiyi məlumata görə, qurum Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılıması münasibətilə bütün Türk dünyasını təbrik edib, Azərbaycanın “altun körpü” olması haqda tarixi deyimlərin bir daha təsdiqini tapdığını qeyd ediblər.

Əməkdaşlıq Şurası məhkəmələrdə nümayəndəlik institutunun ləğvini insanların müdafiə hüququnun məhdudlaşdırılması hesab edib, vurğulayıb ki, 10 milyonluq əhalisi olan ölkədə cəmi 970 vəkil fəaliyyət göstərir.

Əməkdaşlıq Şurası KXCP qərargahında 15 noyabr saat 12-də Milli Dirçəliş Günü ilə bağlı dəyirmi masanın keçirilməsi barədə qərar qəbul edib.

Bundan başqa, ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər