Ukraynanı Avropa Birliyinin bir neçə ölkəsi ilə real problemlər gözləyir.
Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Vitold Vaşikovski deyib.
O bildirib ki, bu problemlər Kiyevin radikal fəaliyyətlərə dəstəyi ilə bağlı olacaq.
Vaşikovski əlavə edib ki, Polşa Macarıstan və Rumıniyadan fərqli olaraq, hələ ki, Ukraynanın maraqlarına qarşı addımlar atmır:
“Biz Ukrayna hökumətinə başa salmaq istəyirik ki, onların real problemləri ola bilər. Ancaq Polşa bu məsələlərin həllində Kiyevə kömək göstərə bilər”.