Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanın özəl “TUR” təyyarəsi yerli vaxtla saat 13:15-də Soçiyə enib.
Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraq müşayiət edir.
Qeyd edək ki, Türkiyə prezidenti Soçidə İran və Rusiyadan olan həmkarları ilə təkbətək və üçtərəfli görüş keçirəcək.