Avropa Birliyi (AB) Komissiyasının rəhbəri Jean-Klaude Junker və AB ölkələri xarici işlər nazirlərilə görüşmək üçün Brüsselə səfər edən İsrailin baş naziri Binyamin Netanyahu Avropadan lazım olan dəstəyi görmədiyi üçün Belçikanı tərk edib.
Teleqraf.com xəbər verir ki, 22 ildə ilk dəfə olaraq baş nazir qismində İsraildən AB-yə geçəkləşən səfər yarımçıq saxlanılıb. Netanyahunu Brüsseldə yalnız AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini qarşılayıb.
Görüşdən öncə Netanyahu Trampın məlum qərarından sonra bütün Avropa dövlətlərinin səfirliklərini Qüdsə köçürəcəklərinə inandığını bildirib.
Ancaq görüşdən sonra keçirilən mətbuat konfransında Moqerini "Netanyahu bu gözləntini başqa ölkələrdən edə bilər. AB ölkələri bu yöndə addım atmayacaq", deyə bildirib.
Moqerini əlavə edib ki, AB Qüdsü iki dövlətin bir paytaxtı kimi görmək istəyir.
AB təmsilçisinin bu sözlərindən sonra Moqerini görüşləri davam etdirməyib.