Ərəbistanı rəhbərliyi Qətərlə quruda yeganə sərhəd-keçid məntəqəsi olan Səlvanı bağlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu qərarı Səudiyyənin Maliyyə Nazirliyi qəbul edib.
Səlva sərhəd keçid-məntəqəsi əslində iyunun 5-də bağlanmış, ancaq Həcc ziyarətinə gedənlərə görə iyunun 19-da yenidən açılmışdı.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.