11 Yanvar 2018 18:22
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Türkiyədə həbsdə olan vətəndaşlarının azad edilməsi çağırışına Ankaradan cavab gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb:

“Almaniya bir və ya iki nəfər üçün qiyamət qoparır. Bəs Almaniyada həbsdə olan 2 min türk üçün biz nə edək? Müharibə elan edək? Axı, 2 min türkün həbsinin qarşılığı müharibədir. Belə şey etmək olar?”

Çavuşoğlu bu məsələni müzakirə ilə həll etməyin vacibliyini bildirib: “Oturub danışaq, ekstradisiya lazımdısa, edək. Yox, ekstradisiya edilməsə, Türkiyədə cəzasını çəksin. Kimsə “mənim vətəndaşımı törətdiyi cinayətdən ötrü həbs edə bilməzsən” deyə bilməz”.


Müəllif: Samir

Oxşar xəbərlər